+99450 380 88 24
info@gopos.az
Təşkilatların lokal məlumat mərkəzləri (məlumat mübadiləsi mərkəzləri) infrastruktur üzərində tam nəzarəti təmin edir, bulud hesablaması isə daha qənaətcildir və onların yuxarı və aşağı genişləndirilməsi rahatdır.
Lokal məlumat mərkəzi fərdi mülkiyyətdə olan və özəl idarə olunan bir qrup serverdir. Ənənəvi bulud həlləri (hibrid və ya özəl bulud modellərindən fərqli olaraq) məlumat mərkəzi mənbələrini üçüncü tərəf xidmət təminatçısından icarəyə götürməyi əhatə edir.
"Lokal" dedikdə şirkətlərin sahiblik etdiyi ofislərində və özlərinin xidmət göstərdiyi özəl məlumat mərkəzlərinə istinad edilir. Şəxsi buludların yerləşdirilməsi üçün yerli infrastrukturdan istifadə oluna bilər, bunda hesablama mənbələri ictimai buludlar kimi virtual hala gətirilir (lakin icarəyə götürülmüş üçüncü avadanlıq da özəl buludlarda istifadə edilə bilər).
"Bulud" hesablama haqqında danışarkən, çox vaxt "ənənəvi" və ya "ictimai" buludları nəzərdə tuturlar, harda ki, üçüncü tərəf xidmət provayderi istifadə üçün hesablama mənbələrini ehtiyac olduqca təmin edir. "Açıq bulud" - bir çox istifadəçi mühitidir, yəni bu hesablama mənbələri bir neçə istifadəçi və ya şirkət tərəfindən paylaşılır və məlumatların qorunması üçün müasir şifrələmə alqoritmi istifadə olunur.
Həm lokal, həm də bulud hesablama sistemləri şirkət üçün zəruri İT infrastrukturunu təmin edir. Modelin seçimi standartlara uyğunluq üçün lazımi təhlükəsizlik səviyyəsindən, habelə üstünlük verilən quruluşdan asılıdır. Aşağıdakı iki modelin müqayisəsi təqdim olunub.
Biznes-tələbatı: bir təşkilatın məlumat mərkəzi mühiti (tənzimləmə uyğunluğu üçün)
Lokal İT-infrastrukturu: ✔
İctimai buludlar: X
Biznes-tələbatı: məlumatın şifrələnməsi
İctimai buludlar: ✔
Biznes-tələbatı: xüsusi avadanlıqlar, sifarişlə yaradılan sistemlər
Biznes-tələbatı: resurslar asanlıqla artırıla və azaldıla bilər
Lokal İT-infrastrukturu: X
Biznes-tələbatı: İnfrastruktur böyük mütəmadi investisiya tələb edir
Biznes-tələbatı: istifadə etdiyiniz müddətə kimi ödəmə, istifadəyə olunduğu gədər qiymət
Biznes-tələbatı: tam şəffaflıq və məlumata nəzarəti
Biznes-tələbatı: daxil edilmiş avtomatik rezerv kopyalama və məlumat bərpa xüsusiyyətləri
Biznes-tələbatı: praktiki olaraq sıfır dayanma ehtimalı