• AZ
  • RU
  • +99450 380 88 24

    info@gopos.az

    Marketlər və Mağazalar

    Sürətli xidmət və dəqiq hesablama - ticarət şirkətinin iqtisadi səmərəliliyinin əsasını təşkil edən amillərdir.

    Mağazanız Üçün Hazır Həllər

     Hər bir pərakəndə mağaza sahibi ticarətin bütün aspektlərinin idarə etmə çətinlikləri ilə tanışdır. Mağazanın bütün işləri vaxta və hərəkətlərə görə tarazlaşdırılmalıdır, çünki hər hansı bir kənaraçıxma səmərəliliyin azalmasına səbəb olur və bu da öz növbəsində itkilərə gətirib çıxarır. Xoşbəxtlikdən, dövrümüzdə bu cür problemlər avtomatlaşdırmanın köməyi ilə həll olunur.

    Satışların uçotu

    Kassir üçün proqramı quraşdırın, e-kassanı ayarlayın. Müştərilərinizə tez və rahat şəkildə xidmət edin.

    Qonaqların uçotu

    Müştəriləriniz haqqında daha çox məlumat əldə edin. Personal və toplanan endirimlər təyin edin. Hər bir müştərinin satınalmalarını izləyin.

    Anbar uçotu

    Məhsulları asanlıqla əlavə edin, import və redaktə edin. Yerdəyişmə, mədaxil, silinmə və inventarizasiya edin.

    Maliyyə uçotu

    Gələcək xərcləri və borcları nəzərdən keçirin. Mədaxil və Məxaric orderləri avtomatik olaraq yaradılır.

    Rahat hesabatlar

    Bütün məlumatlar: gəlir, mənfəət, satış sayı və orta qəbz istənilən cihaz vasitəsilə real vaxt rejimində nəzarətiniz altındadır.

    Rahat Daxil olma

    Proqram dünyanın istənilən yerindən 24/7 işləyir. Android tətbiqini quraşdırın və satış bildirişləri haqda məlumat alın.

    Ticarət idarəetmə sistemi

    Ticarətin və pərakəndə mağazanın avtomatlaşdırmasının kontrolu üçün proqram. Gəliri artırın, vaxta qənaət edin və xərcləri azaldın