Məxfilik siyasəti
Son yenilənmə: 6 noyabr 2026
Qısaca: GoPOS yalnız xidmətin işləməsi üçün lazım olan məlumatı saxlayır. Mağazanızın məlumatı sizindir, başqa mağazalardan tam ayrıdır, satılmır və reklam üçün işlədilmir.
1. Bu sənəd nəyə aiddir
Bu siyasət GoPOS satış və anbar xidmətinə aiddir: gopos.az saytı və GoPOS telefon tətbiqləri (Android və iPhone). Burada hansı məlumatı topladığımız, nə üçün işlətdiyimiz və necə qoruduğumuz yazılıb.
2. Topladığımız məlumat
- Hesab məlumatı: biznesin adı, sahibin adı, e-poçt ünvanı, istəyə görə telefon nömrəsi. Parol açıq saxlanmır, yalnız geri açılmayan şəkildə (hash) saxlanır.
- Mağazanın daxil etdiyi məlumat: məhsullar, qiymətlər, stok, satışlar, ödənişlər, alış fakturaları, təchizatçılar, işçilər, gəlir və xərclər. Mağaza öz müştərilərinin adını, telefonunu, ünvanını, VÖEN-ini və borcunu da yaza bilər. Bu məlumatı mağaza özü daxil edir və ona mağaza cavabdehdir; GoPOS onu yalnız mağazanın adından saxlayır və emal edir.
- Məhsul şəkilləri və müraciətlərə əlavə olunan şəkillər.
- Texniki məlumat: giriş zamanı IP ünvanı (səhv parol cəhdlərini məhdudlaşdırmaq üçün), cihazın növü (Android, iPhone, sayt), əməliyyat jurnalı (kim, nə vaxt, nə etdi). Xəta jurnalında yalnız xətanın növü və yeri yazılır, müştəri məlumatı yazılmır.
Biz reklam, izləmə və ya analitika xidməti işlətmirik, məlumatınızı üçüncü tərəfə satmırıq.
3. Telefon tətbiqinin icazələri
- Kamera: barkodu oxumaq və məhsulun şəklini çəkmək üçün. Şəkil yalnız siz yadda saxlayanda serverə göndərilir.
- Qalereya: məhsul şəklini telefondan seçmək üçün.
- Bluetooth (yaxındakı cihazlar): çek və etiketi Bluetooth printerdə çap etmək üçün. Printer ünvanı yalnız telefonda saxlanır.
Bu icazələr yalnız həmin funksiyanı istifadə etdiyiniz anda soruşulur. Giriş açarı və tətbiq ayarları (səs, printer, kağız eni) telefonun özündə saxlanır.
4. Məlumatı nə üçün işlədirik
- Xidməti göstərmək: satış, stok, hesabat, çek, borc hesablamaq.
- Hesabı qorumaq: giriş təsdiqi, şübhəli cəhdlərin qarşısını almaq.
- Sizinlə əlaqə: təsdiq kodu, parol bərpası, lisenziya xatırlatması, yeniliklər haqqında elan.
- Müraciətinizə cavab vermək və xətaları düzəltmək.
5. Dəstək xidmətinin girişi
Müraciətinizi həll etmək və ya texniki problemi düzəltmək üçün GoPOS dəstək xidməti lazım olduqda mağazanızın hesabına baxa və ya orada dəyişiklik edə bilər. Belə hər giriş səbəbi ilə birlikdə qeydə alınır və yalnız səlahiyyətli əməkdaşlar tərəfindən edilir.
6. Məlumatın paylaşıldığı xidmətlər
Xidməti göstərmək üçün aşağıdakı texniki tərəfdaşlardan istifadə edirik. Onlar məlumatı yalnız bu iş üçün emal edir:
- Cloudflare: sayta təhlükəsiz bağlantı (şifrələnmiş HTTPS).
- Brevo: e-poçt göndərmək (təsdiq kodu, parol bərpası, xatırlatmalar). Yalnız e-poçt ünvanı və məktubun mətni ötürülür.
Qanunun tələb etdiyi hallar istisna olmaqla, məlumatınızı başqa heç kimə vermirik.
7. Saxlanma və qorunma
- Sayt və tətbiqlə bütün əlaqə şifrələnir (HTTPS).
- Hər mağazanın məlumatı digərlərindən tam ayrıdır. İşçilər yalnız onlara verilən icazələr daxilində görür və dəyişir.
- Məlumat hesab açıq qaldıqca saxlanır. Satış, ödəniş və faktura kimi qeydlər silinmir, ləğv olunur: bu, hesabatların düzgün qalması üçündür.
8. Hesabın silinməsi
Hesabınızı istənilən vaxt Profil bölməsindəki “Hesabımı sil” düyməsi ilə silə bilərsiniz (sayt və telefon tətbiqi). Parolla təsdiqdən sonra:
- Mağaza sahibi silirsə: mağaza dərhal bağlanır, bütün işçilərin və telefonların girişi bağlanır. Fikrinizi dəyişsəniz geri qayıda bilməyiniz üçün məlumat 30 gün saxlanır, sonra silinir.
- İşçi silirsə: yalnız onun girişi bağlanır. Etdiyi satışlar mağazanın hesabatında qalır.
9. Sizin hüquqlarınız
Hesab məlumatınızı Profil bölməsində görə və dəyişə, hesabınızı silə, məlumatınız haqqında sual verə bilərsiniz. Mağazanın müştərisisinizsə və mağazanın sizin haqqınızda yazdığı məlumatla bağlı sualınız varsa, əvvəlcə həmin mağazaya müraciət edin.
10. Uşaqlar
GoPOS bizneslər üçün iş alətidir və 16 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb.
11. Dəyişikliklər
Bu siyasət dəyişəndə səhifənin yuxarısındakı tarix yenilənir və GoPOS-da elan (zınqırov) ilə xəbər verilir.
12. Əlaqə
Sualınız varsa, GoPOS saytında və ya tətbiqində “Problem bildir” bölməsindən yazın.