+99450 380 88 24
info@gopos.az
Restoran və kafelərin avtomatlaşdırılması işinizin rəqabət qabiliyyətini artırmaq və xərcləri azaltmaq üçün əla bir yoldur. Avtomatlaşdırma ilə satış sahəsi, mətbəx, kassa, anbar və mühasibat işi bir-biri ilə əlaqələndiriləcəkdir.
Zal sxemlərinin uyuşkan konfiqurasiyası, masaların və ziyafətlərin rezervi, yeməklərin hazırlanma kursları, sifarişlə rahat iş, qonaqlar arasında sifarişin bölünməsi və sair - iikoTableService -də özünü taparaq qonaqlara masalarda xidmət etmək üçün peşəkar bir həlldir. Sifarişlərin daxil etmək üçün rahat mobil terminalları və qonaqlar üçün elektron menyu, restoranınızı daha da qonaqpərvər etməyə kömək edəcəkdir.
Hər bir zal üçün masaların düzülüşünü tənzimləyə bilərsiniz. Masanın rəngi isə qonaqlara tez bir zamanda xidmət etməyə kömək edən sifarişin vəziyyətinə uyğundur.
iiko masanın masanın üzərində rezervin vaxtını göstərir və qonaqların xüsusi istəkləri barədə ofisiantlara məlumat verir.
iiko qəbzi qonaqlar arasında bölməyə imkan verir, bu da öz növbəsində kollektiv ödənişlər üçün çox əlverişlidir.
Sifarişləri daxil etmək üçün, iOS və ya Android platformalarındakı məişət cihazlarına əsaslanan mobil terminallardan və ya Orderman peşəkar həllindən istifadə edə bilərsiniz.
iiko yeməklərin hazırlanmasına, uçotunun aparılmasına və yeməklərin vaxtında çıxmasını, istehsalın hər mərhələsini sənədləşdirməyə, habelə işçilər üzərində nəzarəti həyata keçirmək proseslərini idarə etməyə kömək edir. "Ağıllı" texnoloji kartlar və müəssisənizin bütün işçiləri üçün uyuşkan motivasiya mətbəxinizin yüksək keyfiyyətinə nail olmağa imkan verəcəkdir.
iikoSousChef qonaqlarınızın yeməklərini vaxtında almasını təmin edərək sifariş növbəsini idarə etməyə imkan verir.
Məhsulun resepti və təqdim olunma foto şəkili ilə birlikdə kuxna ekranında əlçatandır, hansı ki, öz növbəsində keyfiyyətin stabilliyini və yeni işçilərin təlim proseslərini rahat edir.
iikoKitchen ilə əllərinizi yuymadan və paltar dəyişdirmədən, istehsalın bütün mərhələlərini ələ keçirə və mətbəxdə daxili sənədlər yarada bilərsiniz.
iikoKitchen ilə skaner və tərəzini istifadə edərək kassa üzərindən bir saat ərzində tam şəkilli inventarizasiya apara bilərsiniz.
Kassada qəbz vurulan kimi, sifariş tərkibində olan məhsulların tərkibinə daxil olan mallar avtomatik olaraq anbardan silinir və cari qalıqları və dəyəri real vaxt rejimində görə bilərsiniz. Və əksinə, iki həftə əvvəl bir sənəddə bir səhv tapsanız və düzəltsəniz, proqram qida nisbətini tənzimləyərək anbarlardakı qalıqları dərhal yenidən hesablayacaqdır.
iiko-da texnoloji kartlar - məhsulun hazırlanma yeri və üsulu, onun maya və qida dəyəri və bir çox başqa informasiyalar verir. Əgər siz resepti arxa tarixnən dəyişsəz, onda anbardakı qalıqlar cari anda yenidən hesablanacaq, dəyişikliklərin tarixi isə yadda qalacaq.
iiko avtomatik olaraq anbardakı hər bir məhsulun miqdarını hesablayır və qalıqları sona çatan məhsullar üçün tədarükçülərə sifariş yaradır.
iiko satınalma qiymətləri ilə tədarükçülərin qiymət siyahısı və malların çeşidi arasındakı uyğunsuzluq barədə xəbərdarlıq edir və zərurət olduqda şişirdilmiş qiymətə satın almağa mane olur.
iiko sənədlərin elektron qaydada alınması və mübadiləsi prosesini həyata keçirməyə imkan verir.
iiko təkcə əmək haqqını avtomatik hesablamaq və işçilərin maksimum səmərəli işləməyə həvəsləndirmək deyil, eyni zamanda rəhbərlik, işçi heyəti və qonaqlar arasında düzgün rabitənin qurulmasına kömək edir
Proqnozlaşdırılan gəlirinin köməyi ilə cədvəlin planlaşdırılması, xərcləri azaltmağa və zalda işçilərin sayını optimallaşdırmağa imkan verir.
iiko-da hər bir işçi və ya işçi qrupu üçün fərdi motivasiya proqramı qura, həmçinin onlar arasında ən yaxşı nəticə əldə etmək üçün rəqabət təşkil edə bilərsiniz.
iiko avtomatik olaraq işçilərin yalnız real iş saatlarını nəzərə alır, nəticədə siz yalnız əslində işlənilən vaxt üçün pul ödəyirsiniz.
Şəxsi hesabatında hər bir işçi nə qədər qazandığı barədə gündəlik məlumatları, həmçinin daxili restoran xəbərlərini, marketinq kampaniyalarını, təşviq proqramları, satış planları və hətta həmkarlarının doğum günlərini görə bilər.
iiko hər bir işçinin analizlərinin etibarlılıq müddətini və müntəzəm tibbi müayinəyə ehtiyacı barədə vaxtında xəbərdarlıq edərək, kadrların tibbi qeydlərində bütün məlumatların avtomatik qeydini aparır.
iiko sistemə daxil olan real vaxt məlumatlarına əsaslanaraq tam bir idarəetmə mühasibat toplusunu tətbiq edir. Məlumatların 1C-ə yüklənməsi üçün rahat bir interfeys həmişə lazımlı hesabatları vaxtında təqdim etməyə kömək edəcəkdir.
iiko real zamanda nağd pul axınına nəzarət etmək üçün şərait yaradır
iiko, 1C-yə yükləmə də daxil olmaqla digər xarici sistemlərlə rahat məlumat mübadiləsini təmin edir
iiko avtomatik olaraq təchizatçı borclarını izləyir və hər bir hesab-fakturanın nə vaxt ödəniləcəyini bildirir
Mənfi qalıqlarla rahat işləmə mexanizmi sizin çox vaxtınızı qənaət edəcəkdir